27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər naziri və müavinlərinin oktyabrda qəbul günləri açıqlandı

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında bölgələrdə keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb.

Siyahıya əsasən, Vergilər naziri Mikayıl Cabbarov oktyabrın 18-də Sumqayıt şəhərində Abşeron, Siyəzən, Sumqayıt, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonlarının sakinlərini qəbul edəcək.

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Masallıda vətəndaşları qəbul edəcək. Oktyabrın 15-də keçiriləcək qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonlarının sakinləri iştirak edə biləcəklər.

Vergilər nazirinin müavini Sahib Ələkbərov oktyabrın 24-də Hacıqabulda vətəndaşların müraciətlərini araşdıracaq. Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarının sakinləri dinləniləcək.

Vergilər nazirinin müavini Mətin Eynullayev oktyabrın 21-də vətəndaşları Bərdə şəhərində qəbul edəcək. Görüşdə, həmin rayonla yanaşı, Mingəçevir, Yevlax, Şəki, Ağdam və Tərtər sakinləri iştirak edəcəklər.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?