13 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qaimə-fakturaların təqdim edilməməsi hallarında maliyyə sanksiyaları

2019-cu il yanvarın 1-dək elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturasının təqdim edilməməsinə görə vergi ödəyicisinə hər hansı maliyyə sanksiyası tətbiq olunmurdu. 1 yanvar 2019-cu ildən Vergi Məcəlləsinin 58.13-cu maddəsinə əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə həmin malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı ekspert Anar Bayramov bu dəyişikliyin mahiyyətini konkret misalla şərh edib: Tutaq ki, "A" təşkilatı "B" təşkilatına 2.000 manatlıq mal təqdim edib, ancaq elektron qaimə-faktura göndərməyib. Vergi nəzarəti tədbiri zamanı bu hal aşkar olunduqda təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 200 manat (2.000 x 10%), ikinci dəfə 400 manat (2.000 x 20%), üç və daha çox dəfə yol verdikdə isə 800 manat (2.000 x 40 faiz) məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Qeyd edək ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək öhdəliyi aşağıdakı şəxslər üçün istisna edilir:

  • bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

  • dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

  • notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.

Zəruri qeyd:
1 yanvar 2019-cu ildən 58.13-cü maddə üzrə maliyyə sanksiyalarına dəyişiklik edildiyi üçün 30 noyabr 2018-ci il tarixli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanuna əsasən 2019-cu il yanvarın 1-dən maliyyə sanksiyası bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq olunduqdan sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?