İqtisadçı ekspert Anar Bayramov bu dəyişikliyin mahiyyətini konkret misalla şərh edib: Tutaq ki, "A" təşkilatı "B" təşkilatına 2.000 manatlıq mal təqdim edib, ancaq elektron qaimə-faktura göndərməyib. Vergi nəzarəti tədbiri zamanı bu hal aşkar olunduqda təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 200 manat (2.000 x 10%), ikinci dəfə 400 manat (2.000 x 20%), üç və daha çox dəfə yol verdikdə isə 800 manat (2.000 x 40 faiz) məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
Qeyd edək ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək öhdəliyi aşağıdakı şəxslər üçün istisna edilir:
Zəruri qeyd:
1 yanvar 2019-cu ildən 58.13-cü maddə üzrə maliyyə sanksiyalarına dəyişiklik edildiyi üçün 30 noyabr 2018-ci il tarixli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanuna əsasən 2019-cu il yanvarın 1-dən maliyyə sanksiyası bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq olunduqdan sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI