27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aksiz bəyannaməsi, onun əlavələrinin formaları və tərtib edilməsi Qaydalarına dəyişiklik edilib

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinin bir sıra maddələrində dəyişikliklər olunub. Həmin dəyişikliklərlə əlaqədar aksiz bəyannaməsinə, onun əlavələrinin formalarına və tərtib edilməsi Qaydaları yeni redaksiyada təsdiq olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) müvafiq əmrilə “Aksiz bəyannaməsi”nın forması və “Aksiz bəyannaməsinin tərtib edilməsi Qaydası”, “Aksiz bəyannaməsinə Əlavə № 2”nin forması və “Aksiz bəyannaməsinə Əlavə № 2-nin tərtib edilməsi Qaydası”, “Aksiz bəyannaməsinə Əlavə № 3”ün forması və “Aksiz bəyannaməsinə Əlavə № 3-ün tərtib edilməsi Qaydası”, “Aksiz bəyannaməsinə Əlavə № 4”ün forması və “Aksiz bəyannaməsinə Əlavə № 4-ün tərtib edilməsi Qaydası” DVX-nin rəsmi internet səhifəsinə yerləşdirilib.

Yeni bəyannamə formaları ilə DVX-nin rəsmi internet səhifəsinin müvafiq bölməsinə keçid etməklə tanış olmaq mümkündür.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?