27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yay Təcrübə Proqramı çərçivəsində təşkil olunan yay düşərgəsi başlayıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkil etdiyi sayca üçüncü Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi öz işinə başlayıb. Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində düşərgənin açılış mərasimi keçirilib.

Tədbirdə layihənin məqsədi, iştirakçıların şəxsi inkişafına yönəlik təşkil olunacaq təlimlər və asudə vaxtlarını faydalı keçirmək üçün əyləncəli tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, layihəyə maraq ildən-ilə artır və bu il ümumilikdə 700-dən çox tələbə iştirak üçün müraciət göndərib.

Bir həftə davam edəcək yay düşərgəsində müxtəlif universitetlərdən ümumilikdə 60 nəfərədək tələbə iştirak edir. Bu müddət ərzində iştirakçılara daxili və kənar təlimçilər tərəfindən vergi inzibatçılığı, vergi növləri, vergi ödəyicilərinə göstərilən xidmətlər, eləcə də fərdi səriştələrin inkişafı istiqamətində təlimlər keçiriləcək. Bundan başqa, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün interaktiv oyunlar və Şamaxının turizm məkanlarına turlar təşkil olunacaq.

Qeyd edək ki, cari ildə “Yay Təcrübə Proqramı” 1 iyul – 30 avqust tarixlərində keçirilir. Tələbələr yay düşərgəsindən sonra layihənin davamı olaraq Dövlət Vergi Xidmətinin müxtəlif struktur bölmələrində bir aylıq istehsalat təcrübəsi keçəcəklər.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?