28 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznesə daxilolma üzrə əsas hədəflər açıqlanıb

“Biznesə daxilolma üzrə əsas hədəflərdən biri bizneslərin qeydiyyatı prosesində yalnız qeydiyyat prosesinin tamamlanması deyil, bu prosesə hazırlıq və ondan sonrakı bütün həllərdə əvvəldən sonadək dövlət orqanları və digər kommersiya təşkilatlarının iştirakının elektronlaşmasına nail olmaqdır”.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva jurnalistlərə açıqlamasında deyib.

S.Musayevanın sözlərinə görə, lisenziyalaşdırma prosesi və yaxud qeydiyyata qədər aidiyyəti dövlət orqanlarının icazələrinin alınması sisteminin də elektronlaşdırılması əsas hədəf kimi müəyyən olunmalıdır.

"Xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatı zamanı, ümumiyyətlə, ölkə ərazisinə gəlmədən xarici ölkədə gücləndirilmiş elektron imzanın əldə edilməsi, xarici rəsmi sənədlərin yenə də ölkə ərazisinə gəlmədən elektron informasiya sistemləri üzərindən apostil şəhadətnaməsinin təstiq edilməsi, elektron notariat üzərindən sənədlərin tərcüməsi və təsdiqinin təmin olunması və yenə də elektron qaydada birbaşa Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə inteqrasiya olunması yolu ilə xarici hüquqi investisiyalı hüquqi şəxslərin də sadə və başdan sonadək rəqəmsal həllərin tətbiqi ilə dövlət qeydiyyatına alınması nəzərdə tutulur. Biz ümid edirik ki, bu ilin sonunadək nəzərdə tutulan Yol xəritəsindəki tədbirlər vaxtında və keyfiyyətlə icra olunacaq. Bu, ölkənin investisiya və sahibkarlıq mühitinin cəlbediciliyini daha da artıracaq ",- deyə S.Musayeva qeyd edib.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?