27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi daxilolmalarının artımının əsas səbəblərindən biri də vergi inzibatçılığının təkmilləşdirilməsidir

2023-cü ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 milyard 80,4 milyon manat vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 23,4 faiz və ya 2,3 milyard manat artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 865,6 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 20,5 faiz və ya 1 milyard 166,8 milyon manat çox olub.

Mövzu ilə bağlı fikirlərini “vergiler.az”la bölüşən iqtisadçı Xalid Kərimli vergi daxilolmalarının artımının əsas səbəblərindən biri kimi vergi inzibatçılığının təkmilləşdirilməsini qeyd edib. Digər səbəb isə iqtisadiyyatda şəffaflıq dərəcəsinin artması olub: “İqtisadiyyatda şəffaflaşmanın artmasında, təbii ki, Dövlət Vergi Xidmətinin böyük rolu var. Hökumət sahibkarları təkamül yolu ilə, maarifləndirməklə şəffaflığın təmin olunmasını, vergilərin dəqiq ödənilməsinin alternativinin olmadığını izah edir. Sahibkarlar da qəbul edirlər ki, artıq geriyə yol yoxdur, işini şəffaf qurmamaq fəaliyyətini dondurmaq deməkdir, amma birdən-birə bütün sahələrdə tam şəffaflaşdırma mümkün deyil. Biznes dairələri bunu zamanla, ardıcıl formada davam etdirirlər”.

İqtisadçı vergi daxilolmalarının artımının səbəbləri sırasında ölkədə əmək haqlarının səviyyəsinin yüksəlməsi və qeyri-neft sektorunda istehsalın həcminin böyüməsini də göstərib: "Qeyri-neft sektoru innovativ, böyümə və inkişaf xarakterli olduğundan, bu sektordan fiskal daxilolmaların həcmi də artır".

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?