27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KİV nümayəndələri üçün təlim və müsabiqə keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən, Ulu Öndərin vergi sisteminin formalaşmasında rolu mövzusunda media nümayəndələri üçün təlim və müsabiqə təşkil olunub.

İkigünlük təlim üç mövzunu - “Vergi sisteminin formalaşmasında Heydər Əliyevin rolu”, “Vergi qanunvericiliyinə media sahəsində edilmiş dəyişikliklər” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əldə olunan nəticələr” mövzularını əhatə edib.

İlk növbədə iştirakçılara vergi sistemi və bu sahədə aparılan islahatlar barədə məlumat verilib.

Media sahəsində təqdim edilən güzəştlərə dair digər təqdimatda vergi inzibatçılığında tətbiq edilən yeniliklərlə bağlı ətrafı danışılıb.

Əmək münasibətləri sahəsində vergi nəzarətinə həsr olunan üçüncü mövzu üzrə statistik rəqəmləri əks etdirən təqdimat keçirilib.

Təlimdə hər üç mövzu ilə bağlı KİV nümayəndələrini maraqlandıran suallar interaktiv formatda Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.

Günün sonunda jurnakistlər arasında "Ümummilli lider Heydər Əliyevin vergi sisteminin formalaşmasında rolu" mövzusunda müsabiqə keçirilib.

Tədbir işini sabah yekunlaşdıracaq.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?