9 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron məlumat mübadiləsi məsələləri müzakirə edilib

Martın 10-da Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib. "vergiler.az"ın məlumatına görə, tədbir “Yol Xəritəsi”nin 2.2.1-ci bəndində nəzərdə tutulmuş kommersiya hüquqi şəxslərin qeydiyyat prosesi zamanı elektron mübadiləni təmin edən texniki imkanın yaradılması üzrə məsələlərin müzakirəsinə həsr olunub.

İştirakçılar arasında elektron məlumat bazalarının mövcud vəziyyəti, inteqrasiya ilə bağlı qarşıda duran texniki həllər, mübadiləsi nəzərdə tutulan məlumatlar üzrə proseslər xəritəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İnteqrasiya zərurəti yaranmış sənədlərin siyahısı və məlumat mübadiləsini təmin edəcək elektron sistem üçün tələb olunan texniki məsələlər görüş iştirakçılarının diqqətə çatdırılıb.

Tədbir zamanı məlumat bazalarının müəyyən olunmuş müddətlər çərçivəsində əlaqələndirilməsi üçün texniki imkanın yaradılması istiqamətində zəruri işlərin görülməsi razılaşdırılıb.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?