9 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmanətlərin Sığortalanması Fondu kreditor tələblərinin qeydiyyat müddətini uzadıb

Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 iyul tarixli qərarı ilə ləğv prosesində olan “Amrahbank” ASC-nin, “NBC Bank” ASC-nin, “Atabank” ASC-nin və “AG Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.

Fonddan bildirilib ki, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və kreditorun adı və ünvanı, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumatları təqdim etməlidirlər.

Kreditorlardan kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə qeyd olunan ünvana müraciət etmələri xahiş olunur. Ləğv prosesində olan “Amrahbank” ASC üzrə Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi (Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39), “NBC Bank” ASC üzrə Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054, “NBC Bank” ASC-nin baş ofisi (Əlavə məlumat üçün əlaqə nömrəsi: 932), “Atabank” ASC üzrə Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, “Atabank” ASC-nin baş ofisi (Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00, qaynar xətt – 136), “AG Bank” ASC üzrə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 102A, “AG Bank” ASC-nin baş ofisi (Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010), qaynar xətt: 135) Kreditor tələblərinin qeydiyyatı sentyabrın 14-dək aparılacaq.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?