10 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO Tacikistan şirkəti ilə birgə layihələr həyata keçirəcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Tacikistanın “Tajİnvest” şirkəti ilə birgə layihələr həyata keçirəcək.

AZPROMO-dan bildirilib ki, “Tajİnvest” ilə keçirilən onlayn işgüzar görüşdə fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, “Made in Azerbaijan” brendinin təşviqi və Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

“Tajİnvest” şirkətinin baş direktoru Fayzullozoda Xurşed Mirzo iki qurum arasında əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib, bu sahədə görüləcək işləri diqqətə çatdırıb.

Görüşdə AZPROMO və “Tajİnvest” arasında İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) çərçivəsində birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, hər iki qurum İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının üzvləridir. AZPROMO Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?