10 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA-nın əməkdaşları sahibkarlara distant formada xidməti davam etdirirlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların müraciətlərinin cavablandırılması, eləcə də koronavirus (COVİD-19) pandemiyasının işgüzar mühitə təsirinin minimuma endirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə sahibkarların məlumatlandırılması üçün bayram günləri də daxil olmaqla məsafədən (distant) xidmətlərin göstərilməsini davam etdirir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin əməkdaşları (regionlar üzrə KOB dostları) telefon rabitəsi (012 404-04-01, 131 Çağrı Mərkəzi) və internet vasitəsilə ([email protected] və s.) sahibkarlara informasiya, məsləhət və digər istiqamətlərdə məsafədən xidmətlər göstərir, biznes subyektlərini maraqlandıran sualları cavablandırır.

Eyni zamanda, koronavirus pandemiyasının yerli sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər və qəbul olunan qərarlar barədə sahibkarların məlumatlandırılması, COVID-19 infeksiyasından qorunmaq üçün profilaktik tədbirlər barədə sahibkarların və vətəndaşların maarifləndirilməsinə dəstək göstərilməsi üçün KOBİA-nın rəsmi internet saytında (www.smb.gov.az) və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq məlumatlar və video-çarxlar yerləşdirilir.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?