27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda 2020-2021-ci illərdə inflyasiya üzrə proqnozlar açıqlanıb

Bu il Azərbaycanda istehlak qiymətlərinin indeksi 2019-cu ilə nisbətən 2,8% artacağı gözlənilir. "APA-Economics"in BMT-nin yeni proqnozuna istinadən verdiyi məlumata görə, 2020-ci ildə ölkədə inflyasiya 2,8%, gələn il isə 3% səviyyəsində olacağı gözlənilir. BMT-nin proqnozuna görə, MDB ölkələri arasında ən yüksək inflyasiya səviyyəsi Özbəkistan və Türkmənistanda gözlənilir. 2020-ci ildə bu ölkələrdə istehlak qiymətləri indeksinin müvafiq olaraq 10,1% və 8% gələn il isə müvafiq olaraq 8,9% və 6% artacağı proqnozlaşdırılır.
Ən aşağı inflyasiya isə Qırğızıstanda gözlənilir. BMT-nin proqnozlarına görə, sözügedən ölkədə inflyasiya bu il 1,5%, 2021-ci ildə isə 2% təşkil edəcək.
Ümumilikdə, MDB ölkələrinin orta inflyasiya səviyyəsi 2020-ci və 2021-ci illərdə müvafiq olaraq 4,4% və 4,1% təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan hökumətin rəsmi proqnozlarına əsasən, 2020-ci ildə inflyasiya 4,6% olacaq və ölkədə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində saxlanılması təşkil edəcək.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?