6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin 10 ayında 570 milyon manatdan çox sığorta haqqı toplanılıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 570,5 mln. manat sığorta haqqı toplayıb, 225.5 mln. manat sığorta ödənişi həyata keçirib. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, könüllü sığorta bazarı üzrə haqlar 387 mln. manat, ödənişlər isə 159.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 183.5 mln. manat, ödənişlər isə 65.8 mln. manat olub.

2019-cu ilin yanvar-oktyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.8%-i könüllü, 32.2%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.8 faizi könüllü, 29.2 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 4 faiz və ya 7.4 mln. manat, icbari növlərində isə 7 faiz və ya 9 mln. manat olmaqla sığorta haqlarının artımı davam edir. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə olub. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz və ya 9.9 mln. manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 25 faiz və ya 5.7 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 28 faiz və ya 1.7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası 5 faiz və ya 0.5 mln. manat) artım özünü göstərməkdədir.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 17.1 mln. manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri daşınmaz əmlakın icbari sığortası (20% və ya 5.1 mln. manat artım), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (4% və ya 3.5 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1 mln. manat artım) növləri olub.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 27 faiz (8 mln. manat) artım olub.

Keçən ilin 10 ayı ilə müqayisədə ödənişlərdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.8 mln. manat və həyatın yaşam sığortası 2.6 mln. manat artım olub. Azalma isə əsasən ümumi mülki məsuliyyətin sığortası (0.8 mln. manat), hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (0.5 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (1.8 mln. manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?