24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

71 milyard dollarlıq razılaşma əldə olunan II Çin Beynəlxalq İdxal Sərgisində ölkəmiz iki pavilyonla təmsil olunub

Noyabrın 5-10-da Şanxayda Azərbaycanın da iştirakı ilə keçirilmiş II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 71,13 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub. Bu rəqəm ötənilki sərgi zamanı əldə olunmuş razılaşmaların ümumi məbləğindən 23 faiz çoxdur. Sərginin təşkilat komitəsindən verilən məlumata əsasən, 181 ölkə və regiondan ümumilikdə 3.800-dən çox şirkətin məhsul və xidmətlərinin nümayiş etdirildiyi sərgini danışıqlar aparmaq üçün 7 mindən çox nümayəndə ziyarət edib. Ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgini təxminən 910 min nəfər ziyarət edib.

Qeyd edək ki, Azərbaycan bu il Çin Beynəlxalq İdxal Sərgisinin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunub. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda respublikamızın iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş edilib. Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə 26 şirkətimiz "Made in Azerbaijan" brendi ilə istehsal etdikləri məhsulları, o cümlədən şərab və spirtli içkiləri, qənnadı məmulatlarını, meyvə şirələri və kompotları, quru meyvələri, mineral suları, konservləri yerli idxalçılara təqdim edib.

İkinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan məhsullarının, o cümlədən şərab və spirtli içkilərinin, nar şirələrinin Çinə ixracı ilə bağlı alğı-satqı və distribüterlik müqavilələri imzalanıb. Bundan başqa, sərginin "Açıqlıq siyasəti, tənzimləmə və işgüzar mühit", "Qlobal ticarət və beynəlxalq logistika", "Bir kəmər, bir yol" eko-kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, "2-ci Çin sərgi sənayesi ticarəti" və digər paralel forumlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri müvafiq sahələr üzrə ölkəmizin potensialı, əldə olunan uğurlar və əməkdaşlıq imkanları barədə məlumat veriblər.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?