28 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyəti müzakirə edilib.

Mərkəzin mətbuat xidmətindən bildirilib ki, tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə olunub. Bu yol xəritəsinin həyata keçirilməsi üçün 3 strateji hədəf və 9 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Müzakirə zamanı, həmçinin bildirilib ki, bu yol xəritəsinin əsas istiqaməti kimi mövcud aktivlərin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi tədbirləri zəruri addımlar kimi qeyd olunub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası zamanı bu istiqamətdə mühüm işlər görüldüyünü deyib. İslahatların nəticəsi olaraq, investisiya məlumat bankı yaradılıb. Biznes proseslərini tənzimləyən prosedurların daha da sadələşdirilməsi ilə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Müzakirə zamanı qeyd edilib ki, yüngül, yeyinti, kimya, tikinti və digər emal sənayesi sahələrinin və mədənçıxarma sənayesinin inkişafı ağır sənaye və maşınqayırma sənayesinin hazır məhsulları olan istehsalat xətləri, maşın və avadanlıqlar, müxtəlif dəzgahların və digər məhsulların intensiv inkişafından asılıdır. Bu ilin yanvar-iyun aylarında emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (32, 4 faiz), neft məhsullarının istehsalı (25, 5 faiz) və tikinti materiallarının istehsalı (6, 6 faiz) təşkil edir.

Qeyd edək ki, "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nə dair müzakirələrdə Prezident Administrasiyası, Energetika, İqtisadiyyat, Təhsil nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?