13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TANAP səhmdarları hər il 1,5 milyard dollara yaxın gəlir əldə edəcək

Trans-Anadolu qaz kəmərinin (TANAP) səhmdarları TANAP-ın işlənilməsindən illik 1,45 mlrd. ABŞ dolları həcmində gəlir əldə edəcək. "APA-Economics"in məlumatına görə, bunu İstanbulda keçirilən mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. Onun sözlərinə görə, bu gəlirin 58 faizi Azərbaycanın payına düşəcək. S.Düzyol onu da qeyd edib ki, TANAP kəmərinin işə salınması Azərbaycanla Türkiyə arasında qaz nəqlinin həcmini artıracaq və Türkiyənin Rusiya qazından asılılığını daha da azaldacaq.

Mətbat konfransında çıxışı zamanı Saltuk Düzyol bildirib ki, gələn ilin iyul ayından etibarən Türkiyə Trans-Anadolu qaz kəməri (TANAP) ilə ildə 5,7 mlrd. kubmetr qaz alacaq. Onun sözlərinə görə, 1 iyul 2019-cu – 30 iyun 2020-ci saziş ilində TANAP-la Türkiyəyə 3,8 mlrd. kubmetr qaz nəql ediləcək. O, əlavə edib ki, Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi şərti ilə 2020-ci ilin 1 iyul – 31 dekabr tarixləri ərzində TANAP-la Avropa üçün 6,1 mlrd. kubmetr, 2021-ci ilin 1 yanvar – 31 mart tarixləri ərzində 6,2 mlrd. kubmetr, 2021-ci ilin 1 aprel – 31 dekabr tarixləri ərzində 7,2 mlrd. kubmetr, 2022-ci ilin iyunun 1-dən isə illik 10,2 mlrd. kubmetr qaz nəql ediləcək.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?