19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-iyun aylarında  Azərbaycana göndərilən pul baratlarının həcmi 443,2 milyon dollar olub

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 723 mln. ABŞ dolları məbləğində qiymətləndirilib. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hesabat dövründə daxilolmalar 495,3 mln. dollar, ödənişlər isə 227,7 mln. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 89,5 faizi xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7,4 faizi ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3,1 faizi isə digər daxilolmalar təşkil edib. Hesabat dövründə ölkəyə göndərilən pul baratlarının həcmi 16 faiz azalaraq 443,2 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 13,1 faiz artaraq 192,5 mln. dollar olub. Nəticədə pul baratları üzrə 250,7 mln. dollarlıq müsbət saldo yaranıb.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 267,6 mln. dollar təşkil edib.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?