12 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Keyfiyyət informasiya sisteminə yeni funksionallıq əlavə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən yaradılan və idarə olunan Keyfiyyət informasiya sistemində (E-keyfiyyet.gov.az) yeni funksionallıq istifadəyə verilib.

Dövlət Agentliyinin məlumatına görə, belə ki, “E-keyfiyyet.gov.az” üzərindən “Mənşə sertifikatı” alt modulu vasitəsilə bu sertifikatların həqiqiliyini yoxlamaq funksiyası yaradılıb. Artıq Keyfiyyət informasiya sisteminin “İnformativ xidmətlər” bölməsində mənşə sertifikatının nömrəsini, tarixini və hesab-faktura (invoys) nömrəsini qeyd etməklə həmin sertifikatın nüsxəsini görmək və onun doğruluğunu müəyyənləşdirmək mümkündür.

Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də dəstəklənən yeni funksionallıq idxal ölkəsinin gömrük orqanlarının Azərbaycan Respublikasında verilən mənşə sertifikatlarının həqiqiliyi ilə bağlı məlumatlara əlçatanlığının təmin edilməsinə, bununla da yerli ixracatçıların idxalçı ölkədə əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına imkan yaradacaq.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?