13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2025-ci ilin yanvar-noyabr aylarında icmal və dövlət büdcələrinin gəlirləri proqnozu üstələyib

2025-ci ilin 11 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar-noyabr ayları ərzində icmal büdcənin gəlirləri 43 855,2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 526,0 milyon manat və ya 6,1 faiz üstələyib. Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 35 625,6 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib.

2025-ci ilin 11 ayı ərzində icmal büdcənin xərcləri 36 784,3 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 11 aylıq icra göstəriciləri ilə müqayisədə 1 397,6 milyon manat və ya 3,9 faiz çoxdur.

Həmin dövrdə dövlət büdcəsinin xərcləri 31 414,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2 faiz çoxdur.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?