25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əlvan metallardan nümunə götürülməsi üzrə yeni dövlət standartı qəbul edilib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 24231:2025 “Əlvan metallar və ərintilər. Kimyəvi analiz üçün nümunələrin götürülməsinə və hazırlanmasına dair ümumi tələblər” adlı yeni dövlət standartı qəbul edilib.

İnstitutun məlumatına görə, sözügedən standartın qəbul edilməsində məqsəd nümunələrin analitik tərkibinin dəqiq və təkrarlanabilən təyini üçün vahid metodoloji yanaşmanı təmin etməkdir.

Yeni dövlət standartının tətbiqi əlvan metallardan və onların ərintilərindən kimyəvi analiz üçün nümunələrin götürülməsi və hazırlanması prosesinin standartlaşdırılmasına xidmət edəcək. Bundan əlavə, nümunə götürmə mərhələsi nəticələrin keyfiyyətinə birbaşa təsir göstərdiyindən istehsalat proseslərində, laboratoriyalarda və keyfiyyətə nəzarət sistemlərində tətbiq olunan analiz metodlarının dəqiqliyi və etibarlılığı əhəmiyyətli dərəcədə artacaq.

Yeni dövlət standartı Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?