15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropalı investorlar Azərbaycanda gələcək biznes imkanlarına nikbin baxırlar

Avropalı investorlar Azərbaycanda gələcək biznes imkanlarına nikbin baxırlar: onların 70 faizindən çoxu ölkəmizdə fəaliyyətlərini genişləndirməyi planlaşdırır. 2021-ci ildə bu rəqəm 53 faiz təşkil edib.
Avropa İttifaqının (Aİ) 2024-cü il üçün Azərbaycanda biznes mühitinə dair sorğusuna əsasən, avropalı investorların daha 22 faizi fəaliyyətini eyni səviyyədə davam etdirməyi planlaşdırır.

Azərbaycanı yenidən seçəcəklərini deyən Aİ ölkələri investorlarının payı əvvəlki sorğudakı 80 faizdən 92 faizə yüksəlib.

Sorğuda bildirilir ki, neft və qazın əsas sektorlar olaraq qalmasına baxmayaraq, Azərbaycan qeyri-neft-qaz sektoru, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, turizm və İKT-nin şaxələndirilməsi üzrə tədbirləri fəal şəkildə həyata keçirir.

Ölkədə əlverişli biznes mühiti aşağıdakı amillərlə bağlıdır:

- strateji coğrafi mövqe,

- nəqliyyat və iqtisadi əlaqələrin inkişafı,

- siyasi və ictimai sabitlik,

- proqnozlaşdırıla bilən iqtisadi siyasət.

İnvestorlar üçün cəlbediciliyin əsas amilləri kimi daxili bazara çıxış, strateji tərəfdaşlıq və ittifaqlar, regional bazarlara və azad ticarət zonalarına çıxış göstərilib. Əlavə üstünlüklərə isə xərclərin səmərəliliyi, vergi güzəştləri, rəqəmsal infrastrukturun inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşmasının müsbət qiymətləndirilməsi daxildir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?