16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub

Nyu-York şəhərində BMT-nin 2025-ci il üzrə Yüksək Səviyyəli Siyasi Forumu keçirilir. “BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi və dayanıqlı inkişaf məqsədləri üzrə bərpa, sürətlənmə və bərabərlik üçün sübutlara əsaslanan həllərin inkişafı” mövzusunda keçirilən Forumda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov ölkəmizi təmsil edib.

Tədbir çərçivəsində “DİM 3: Sağlam həyat və rifah”, “DİM 5: Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, “DİM 8: Layiqli məşğulluq və davamlı iqtisadi artım”, “BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyinin icrasına maraqlı tərəflərin cəlb edilməsi” mövzularında keçirilmiş sessiyalarda Azərbaycanda bu sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə təqdimatlar edilib. Qlobal çağırışlar fonunda ölkəmizin davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi, qeyri-neft-qaz sektorunun gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və digər istiqamətlərdə reallaşdırılan tədbirlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu müxtəlif tematik mövzular üzrə sessiyalarla işini davam etdirir.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?