27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tibb sahəsində istifadə olunan cihazların kalibrlənməsi aparılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Tibb ölçmələri laboratoriyasında Tibbi ultrasəs sistemləri üçün kalibrlənmə sistemi qurulub.

İnstitutun məlumatına görə, yeni qurulan sistem tibb sahəsində istifadə olunan ultrasəs cihazlarının, xüsusilə fizioterapiya prosedurları, onkoloji müalicə (xərçəng terapiyası) prosesləri və damar kəsimlərində istifadə edilən ultrasəs avadanlıqlarının dəqiqliyinin təmin olunması üçün nəzərdə tutulub. Bu sistem vasitəsilə ultrasəs cihazlarının çıxış gücü və digər əsas parametrlərinin yüksək dəqiqliklə ölçülərək beynəlxalq standartlara uyğun şəkildə kalibrlənməsi mümkün olacaq.

Sözügedən sistemin qurulması Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) mütəxəssisləri tərəfindən həyata keçirilib. TÜBİTAK UME ilə əməkdaşlıq çərçivəsində AzMİ-də yeni laboratoriyaların yaradılması və cihazların qurulması ilə yanaşı, əməkdaşlar üçün nəzəri və praktiki təlimlər həyata keçirilir.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?