8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Alibaba” Azərbaycan məhsullarına dair ixrac sifarişlərinə görə lider platformalardan birinə çevrilib

Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanan Birgə Bəyanatda elektron ticarət sahəsi üçün də yeni imkanlar vəd olunur, iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və kağızsız - elektron ticarətin inkişafı prioritet istiqamətlərdən biri kimi göstərilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bunu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib.

Bildirilib ki, portal 2017-ci ildən etibarən Azərbaycan məhsullarının dünyanın 15-dək aparıcı elektron ticarət platformasında yayımlanmasını təşkil edir. Bu istiqamətdə əldə olunan uğurlar sırasında Çinin “Alibaba” platforması xüsusi yer tutur.

A.Qədəşovun sözlərinə görə, “Azexport” ilə “Alibaba” platforması arasında yeddi ildən artıq davam edən əməkdaşlıq tarixçəsi mövcuddur. Əməkdaşlığın ilk mərhələsində bu platformada cəmi üç yerli şirkətin təxminən 10 adda məhsulu təmsil olunurdu. “Azexport” portalının fəaliyyəti nəticəsində bu rəqəmlər sürətlə artdı və hazırda “Alibaba” Azərbaycan məhsullarına dair ixrac sifarişləri və sorğularının sayına görə lider platformalardan birinə çevrilib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan məhsullarının yalnız Çin bazarına deyil, həmçinin digər Asiya ölkələrinə, Okeaniya və Körfəz regionuna çıxış imkanları əhəmiyyətli dərəcədə genişlənib.

A.Qədəşov qeyd edib ki, “Alibaba” platforması Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq rəqabət qabiliyyətinin artırılması və yeni bazarlara çıxışının təmin olunması baxımından müasir və strateji əhəmiyyətə malik rəqəmsal resursdur. Eyni zamanda, elektron ticarət sahəsində əməkdaşlığın hər iki ölkə tərəfindən ali səviyyədə tanınması və dəstəklənməsi bu sahədə daha geniş imkanlardan istifadə olunmasına şərait yaradır.

“Azexport” portalının rəhbəri hesab edir ki, bundan sonra Çinin rəqəmsal ticarət ekosisteminə dərin inteqrasiya, rəqəmsal texnologiyalar sahəsində təcrübə mübadiləsi, Çin şirkətlərinin Azərbaycanda elektron ticarət və logistika sahəsinə investisiya yatırması, Azərbaycanda birgə istehsal və ixrac imkanlarının yaradılması kimi istiqamətlərdə əməkdaşlıq daha da artacaq. Həmçinin Azərbaycanın qlobal ticarət yolları üzərində yerləşməsi və beynəlxalq səviyyədə artan iqtisadi nüfuzu Çinin aparıcı elektron ticarət şirkətlərinin ölkəmizdə fəaliyyətlərini genişləndirməsi üçün əlverişli mühit formalaşdırır. Bu isə öz növbəsində “Made in Azerbaijan” brendinin tanıdılması və qeyri-neft sektorunun ixrac potensialının artırılması baxımından mühüm rol oynayır.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?