17 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl enerji istehsalında artım qeydə alınıb

2025-ci ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ayda respublikada elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt·st olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bu müddət ərzində İES-lərdə 6 318,3 mln. kVt·st, SES-lərdə 669,6 mln. kVt·st, digər mənbələr üzrə isə 183,9 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 112,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 243,9 mln. kVt·st artım qeydə alınıb.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 385,0 mln. kVt·st (İES-lərdə 5 739,9 mln. kVt·st, SES-lərdə 645,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 mln. kVt·st (İES-lərdə 55,7 mln. kVt·st, SES-lərdə 21,7 mln. kVt·st, GES-də 13,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 385,0 mln. kVt·st, idxalı isə 35,7 mln. kVt·st olub.

Qeyd edək ki, 2025-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 319,1 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 85,6 mln. kVt·st, idxalı isə 16,1 mln. kVt·st təşkil edib.

VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?