26 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AIM Congress”in Beynəlxalq Startap Yarışmasında ölkəmizi bu startap təmsil edəcək

İllik İnvestisiya Toplantısı (“AIM Congress”) çərçivəsində təşkil olunacaq Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edəcək startap müəyyən edildi. Müsabiqəyə təqdim edilmiş 44 layihə arasından seçilən "CLIMASEL" layihəsi “AIM Congress”in Milli Turunun qalibi kimi ölkəmizi 7-9 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təmsil edəcək. Binalar üçün ağıllı panel istahsalı layihəsi olan “CLIMASEL” dünyanın 100-dən çox ölkəsindən olan startaplarla birgə xarici investorlara təqdim olunaraq, investisiya qazanmaq şansı əldə edəcəkdir.

Qeyd edək ki, Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startapın seçilməsi məqsədilə cari ilin fevral-mart aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Milli Tur keçirilib. Müsabiqəyə yaşıl texnologiya, kibertəhlükəsizlik, mobillik, əlavə edilmiş və virtual reallıq, sağlamlıq texnologiyası kimi sahələr üzrə 44 layihə təqdim edilib. Münsiflər heyəti tərəfindən milli turun qalibi kimi “CLIMASEL” seçilib. “CLIMASEL” “AIM Congress” çərçivəsində tədbirin sosial şəbəkə hesablarında təşviq olunacaq, tədbir məkanına ödənişsiz daxil olmaq imkanı əldə edəcək və Beynəlxalq Startap Yarışmasında startapını investorlara təqdim etməsi üçün stendlə təmin olunacaqdır.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?