16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aprelin 8-də hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 8-də hərrac keçiriləcək. Hərraca 4 səhmdar cəmiyyətinin səhm paketi, 111 nəqliyyat vasitəsi, texnika və avadanlıqlar çıxarılıb.

Hərracda iştirak edəcək şəxslər qida sənayesi üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ağdaş Quşçuluq”, “Cəlilabad Şərab”, “Salyan broyler” və “Zaqatala Fındıq” səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 368.620 manatla 1.120.118 manat arasında dəyişir.

Hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1987-2015-ci illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?