26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstan Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini artıracaq

2025-ci ildə Qazaxıstan Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini 1,7 milyon tona qədər artırmağı planlaşdırır.

Bunu “KazMunayqaz” (KMQ) İdarə Heyəti sədrinin birinci müavini Kurmanqazı İskaziyev Qazaxıstanın Energetika Nazirliyinin geniş kollegiyasında etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, SOCAR-la bağlanmış saziş çərçivəsində Aktau-Bakı-Ceyhan istiqamətində Qazaxıstan neftinin tranzit həcmi 1,4 milyon tona qədər və ya 27% artırılıb. Bu il isə bu göstəricinin 1,7 milyon tona qədər qaldırılması nəzərdə tutulub.

Xatırladaq ki, 2022-ci ildə KQM və SOCAR arasında Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş bağlanıb. 2023-cü ilin mart ayında Kaşaqan yatağından Azərbaycana 7 min ton neftin sınaq nəqli həyata keçirilib. Yükdaşıyan şirkət qismində “North Caspian Sea Ltd” çıxış edib.

Ümumilikdə 2024-cü ildə Qazaxıstandan daşınan neftin həcmi 83,5 milyon ton təşkil edib ki, bu, öncəki illə müqayisədə 4 faiz çoxdur.

Trend

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?