25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ESG standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə” altqrupunun 2025-ci il üzrə ilk iclası keçirilib.

Agentliyin məlumatına görə, iclasda müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələri, ekspertlər iştirak ediblər.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət vә sənaye mәsәlәlәri şöbəsinin sektor müdiri Vüsal Şıxәliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü ildə ESG üzrə altqrupun fəaliyyətini və görülmüş tədbirləri müsbət qiymətləndiriblər. Qeyd olunub ki, ESG ilə bağlı müxtəlif maraqlı tərəflərin məlumatlandırılması, təlimlərin təşkili, ayrı-ayrı sahələr üzrə qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi, metodoloji bazanın inkişaf etdirilməsi, şəbəkələşmə və s. kimi istiqamətlərdə işlər görülüb. Bunlar arasında biznesin rəyi və ehtiyacları əsasında hazırlanmış ESG üzrə milli çərçivə standartı və “ESGhub.az” elektron platforması xüsusilə qeyd edilməlidir. Hər iki məhsul ESG prinsiplərinin geniş təşviqi və bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq baxımından əhəmiyyətlidir. Vurğulanıb ki, qarşıdakı dövrdə də ESG üzrə bir sıra tədbirlərin icrası nəzərdə tutulur. Bu məqsədlə artıq ESG üzrə 2025-ci il üçün Yol Xəritəsi təsdiq edilib və icrasına başlanılıb.

İclasda “ESGhub.az” platforması və milli ESG standartına, SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələrinə, eləcə də 2025-ci il üzrə Yol Xəritəsinə dair təqdimatlar keçirilib. Bildirilib ki, ESG üzrə 2025-ci il üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlər üç mühüm istiqaməti əhatə edir. Bunlar ESG üzrə milli standart və rəqəmsal platformanın effektiv istifadə edilməsi və onlardan mümkün qədər faydalanmaq, ESG üzrə potensialın artırılması, təlim və məlumatlandırma tədbirləri ilə bağlıdır.

Tədbir çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən siyahısı təsdiq edilmiş ESG ilə əlaqəli müvafiq beynəlxalq standartları ölkəmizdə tətbiq etmiş ilk şirkət olaraq “Ekvita”nın təcrübəsi dinlənilib.

Həmçinin, ESG prinsiplərinin təbliği və tətbiqində səmərəli fəaliyyətlərinə görə ABB, “Azercell Telecom” MMC, “Ekvita” şirkəti və Ülviyyə Əkbərovaya təşəkkürnamələr təqdim edilib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?