28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB-ların regional və qlobal bazarlara çıxışının genişləndirilməsi prioritetlər sırasında olacaq

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) yanında Biznes Şuranın İdarə Heyətinin Azərbaycanın sədrliyi ilə ilk iclası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, onlayn formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Tailand nümayəndələri iştirak ediblər.

AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay qurumun fəaliyyəti, Azərbaycanın 2024-2026-cı illərdə təşkilata sədrliyi və AQEM yanında Biznes Şuranın fəaliyyəti barədə məlumat verib.

AQEM yanında Biznes Şuranın sədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Biznes Şuranın gündəliyindəki prioritet məsələlər barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, ticarət və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi, KOB-ların regional və qlobal bazarlara çıxışının genişləndirilməsi, onların rəqəmsal transformasiyasına dəstək olmaq, sənaye əməkdaşlığının və KOB-ların qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviqi, yaşıl iqtisadiyyatın və davamlı sahibkarlığın inkişafı, qadın sahibkarlar üçün imkanların genişləndirilməsi Azərbaycanın sədrliyi dövründə Biznes Şuranın prioritetləri sırasında olacaqdır. Həmçinin, biznes dialoqun gücləndirilməsi, beynəlxalq tərəfdaşlığın təşviqi və sahibkarlığın dəstəklənməsinə yönəlmiş bir sıra təşəbbüslər planlaşdırılır. Bunlar investisiyalar, rəqəmsal transformasiya, ixrac potensialı və KOB-ların davamlılığı mövzularında vebinarların təşkili, KOB-ların inkişafında ən yaxşı təcrübələrin mübadiləsi üçün AQEM-ə üzv dövlətlər ilə müntəzəm işgüzar müzakirələrin aparılması, 10-cu Biznes Forum çərçivəsində keçiriləcək sərgini regionda KOB-ların innovasiyalarını və nailiyyətlərini nümayiş etdirmək üçün unikal platformaya çevirməkdir.

İclasda həmçinin, Türkiyə, Qazaxıstan və Rusiya nümayəndələri çıxış edərək qarşıdakı dövrdə AQEM yanında Biznes Şuranın fəaliyyətinə və əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.

İclas çərçivəsində 2025-ci ilin mayında AQEM-ə üzv dövlətlərin iştirakı ilə Biznes Şuranın 8-ci Plenar Sessiyasının və 10-cu Biznes Forumun təşkili, eyni zamanda forum çərçivəsində KOB-ların məhsul və xidmətlərinin nümayiş olunacağı sərgi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, AQEM-in 28 üzvü var. Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə sədrlik edəcək. Azərbaycanın sədrliyi dövründə AQEM yanında Biznes Şuraya KOBİA rəhbərlik edəcək.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları