27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yevlax Pilot Aqroparkda sahibkarlar infrastrukturla tam təmin edilirlər

Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk dövlət aqroparkıdır.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub.

Aqroparkda sahibkarlar dövlət vəsaiti hesabına infrastrukturla təchiz edilmiş torpaq sahələri ilə təmin edilirlər. Belə ki, hazırda Aqroparkda dövlət investisiyası hesabına tutumu 110 min kubmetr olan su anbarı və 8 aqreqatlı nasos stansiyası inşa olunub, 800 hektar ərazi təzyiqli su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib və uzunluğu 12,5 kilometr olan sel ötürücü kanalın 10,4 kilometrlik hissəsi tikilib. Qalan 385 ha ərazinin su və elektrik təchizatı, daxili yollar və su ötürücü kanalların tikintisi üzrə işlərin 2025-ci ildə yekunlaşdırılması planlaşdırılır.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?