27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türk dünyasında iqtisadi əməkdaşlıq 5 əsas istiqamətdə inkişaf edir

Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il sonra Türk dünyası daha da birləşib, ölkələr arasında əlaqələr möhkəmlənib, biznes icmaları isə daha sıx əməkdaşlıq etməyə başlayıb.

Bunu Türk İnvestisiya Fondunun (TİF) prezidenti Bağdat Amreyev “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində deyib.

Onun sözlərinə görə, Türk dünyası öz taleyini formalaşdıracaq uzun bir yolun başlanğıcındadır.

“Türk dünyası strateji-iqtisadi dəhlizə çevrilir. Bütün siyasi, hökumətlərarası və institusional səylər vahid məqsədə – Türk dünyasının inteqrasiyasına yönəlib. Bu inteqrasiya yalnız iqtisadi deyil, eyni zamanda, mədəni, tarixi və siyasi əməkdaşlığa əsaslanır. Biznes icması bu prosesdə mühüm rol oynayır. Hökumətlər qərarlar qəbul edir, təşkilatlar bu prosesi asanlaşdırır, institutlar bu məqsədə çatmaq üçün çalışır, lakin bütün bu səyləri reallığa çevirən məhz biznes icmasıdır. Türk dünyasında iqtisadi əməkdaşlıq 5 əsas istiqamətdə inkişaf edir. Bunlar ticarət və investisiya üçün maneələrin aradan qaldırılması, nəqliyyat və enerji bağlantılarının gücləndirilməsi, regional təchizat zəncirlərinin genişləndirilməsi, innovasiya və rəqəmsal transformasiyanın təşviqi, maliyyə əməkdaşlığının gücləndirilməsi və birgə maliyyələşdirmə mexanizmlərinin inkişafıdır”, - deyə o əlavə edib.

Bağdat Amreyev qeyd edib ki, Türk dünyası iqtisadi tarixində həlledici mərhələyə qədəm qoyur və bu inkişafın əsas aparıcı qüvvəsi biznes icması olacaq.

AZƏRTAC

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?