Yük avtomobillərinin idxalı artıb
2024-cü il ərzində ölkəyə 141 milyon ABŞ dolları dəyərində 8430 ədəd yük avtomobilləri idxal edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin göstəricilərini dəyər ifadəsində 22,2 faiz və ya 25,6 milyon dollar, say baxımından isə 15,7 faiz və ya 1143 ədəd üstələyir.
Ümumilikdə ötən il ərzində 1,84 milyard dollar dəyərində 91,8 mindən çox nəqliyyat vasitəsi idxal edilib. İdxalın strukturunda yük avtomobillərinin payı 9,17 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,58 faiz bəndi çoxdur.