12 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eyyub Kərimli: “Azərbaycan biznesin qeydiyyatı prosesi üzrə ən qabaqcıl təcrübələrdən birinə malikdir”

Hazırda Azərbaycan biznesin qeydiyyatı prosesində dünyada ən qabaqcıl təcrübələrdən birinə malikdir.

Bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.

Ekspertin sözlərinə görə, 2024-cü ildə bu sahədə bir sıra mühüm yeniliklər həyata keçirilib: “Ən əhəmiyyətli yeniliklərdən biri xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi və MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin elektron qaydada qeydiyyata alınması imkanının yaradılmasıdır. Bu dəyişikliklər Azərbaycanda biznesin təsis edilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində görülən işlərin bir hissəsidir”.

O bildirib ki, hazırda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən və Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu biznes qeydiyyatının daha da təkmilləşdirilməsi üçün intensiv iş aparır: “Son bir ildə bu işçi qrupun təşəbbüsü ilə biznes qeydiyyatını sadələşdirmək məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna, eləcə də Əmək, Mülki və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib. Bu dəyişikliklər nəticəsində kommersiya qurumlarının dövlət qeydiyyatı üzrə qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və xarici investisiyalı MMC-lərin qeydiyyat prosedurları sadələşdirilib. Bu, təkcə investisiya mühitinin yaxşılaşdırılmasına deyil, həm də Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə müsbət təsir göstərəcək”.

E.Kərimli əlavə edib ki, 2024-cü ilin digər mühüm yeniliklərindən biri MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınmasıdır: “Bu yenilik biznes sahibləri üçün vaxt itkisini əhəmiyyətli dərəcədə azaldır. Əvvəllər yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı elektron qaydada aparılırdı. Yeni prosedurlar nəticəsində isə həm yerli, həm də xarici investisiyalı MMC-lər təsis sənədlərində edilmiş dəyişikliklərin elektron qeydiyyatı üçün ərizə ilə müraciət edə bilirlər”.

Ekspertin sözlərinə görə, 2025-ci ildə bu sahədə yeni islahatlar gözlənilir: “Kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması və müvafiq reyestrin yaradılması planlaşdırılır. Bu prosesə dair normativ sənədlər hazırlanır və qüvvəyə mindikdən sonra lazımi texniki imkanlar yaradılacaq. Nəticədə, Azərbaycanın biznes qeydiyyatı sahəsində qazandığı uğurlar onu dünya miqyasında ən qabaqcıl ölkələrdən biri kimi mövqeyini qorumağa imkan verəcək”.

“Report”

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?