20 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Abşeron-Xızı və Qarabağ iqtisadi rayonları kreditləşmənin artım tempinə görə liderdirlər

2024-cü ilin dekabrın 1-nə Azərbaycanın regionlarında (Bakı iqtisadi rayonu istisna olmaqla) bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 6,39 milyard manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisindən 17,35 faiz çoxdur.

Mərkəzi Bankın məlumatına görə, regionlar arasında kreditləşmənin ən yüksək artım tempi Abşeron-Xızı (+25 faiz) və Qarabağ (+20 faiz) iqtisadi rayonlarında qeydə alınıb.

Azərbaycanın iqtisadi rayonları üzrə kreditləşmə:

  • Naxçıvan – 422,227 milyon manat (+9,9 faiz)
  • Abşeron-Xızı – 1,06 milyard manat (+25 faiz)
  • Dağlıq Şirvan – 182,714 milyon manat (+14,1 faiz)
  • Gəncə-Daşkəsən – 816,136 milyon manat (+15,4 faiz)
  • Qarabağ – 485,907 milyon manat (+20 faiz)
  • Qazax-Tovuz – 516,734 milyon manat (+18 faiz)
  • Quba-Xaçmaz – 460,987 milyon manat (+12,5 faiz)
  • Lənkəran-Astara – 638,541 milyon manat (+17 faiz)
  • Mərkəzi Aran – 540,735 milyon manat (+14,6 faiz)
  • Mil-Muğan – 288,154 milyon manat (+15,4 faiz)
  • Şəki-Zaqatala – 534,513 milyon manat (+18,8 faiz)
  • Şirvan-Salyan – 427,419 milyon manat (+13,4 faiz)
  • Şərqi Zəngəzur – 17,392 milyon manat (2023-cü ildə kredit verilməyib)
VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?