14 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb.

“Startap” şəhadətnamələri "Sampler" MMC-nin şirkətlər üçün ödənişsiz məhsul nümunələrini potensial alıcılara çatdırmaq üçün onlayn marketinq platforması, “Professor Rahimov Academic Medical Center” MMC-nin tibb müəssisələrinin işinin ekoloji standartlara uyğun təşkili və idarə edilməsi üçün proqram təminatı, fərdi sahibkar Aytac Mütəllimovanın əl baqajlarının saxlanılması üçün özünəxidmət köşkləri, "Vita Travel" MMC-nin sanatoriya və sağlamlıq otellərinin rezervasiyası üçün onlayn platforma, "Suber" MMC-nin içməli su sifarişi üçün mobil tətbiq, "Buylink" MMC-nin rəqəmsal tövsiyə proqramları üçün marketinq tətbiqi layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü?