25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəngilanda “KOB Fest” sərgi-satış yarmarkası keçirilib

2024-cü ilin sonuncu, sayca 10-cu “KOB Fest” sərgi-satış yarmarkası Zəngilan rayonunun Ağalı kəndində keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, yarmarkada Zəngilan, eləcə də ətraf şəhər və rayonlardan olan 60-a yaxın KOB subyektinin qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib və satışı həyata keçirilib.

Qeyd edək ki, 2024-cü il ərzində “KOB Fest” sərgi-satış yarmarkaları Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan, Zaqatala, Xaçmaz, Göyçay və Zəngilanda təşkil edilib. Bu yarmarkalarda ümumilikdə 440-a yaxın KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub.

“KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilib. Yarmarka KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, sahibkarların yeni əməkdaşlıqlar qurması, satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verib.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?