27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4Sİ texnologiyaları COP29-un məqsədlərinə nail olmada həlledici rol oynayır

4-cü sənaye inqilabı texnologiyaları COP29-un məqsədlərinə nail olmada həlledici rol oynayır.

Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təşkilatının Katibliyinin (UNFCCC) nümayəndəsi Niklas Svenningsen “4-cü sənaye inqilabı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün lazım olan əlverişli texnologiyalar artıq mövcuddur: “Lakin onları tətbiq etmək üçün siyasi iradəyə ehtiyacımız var. COP29 bu iradənin gücləndirilməsinə töhfə verəcək”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı, Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə “29 iqlim söhbəti: “COP29”a gedən yol” tədbirlər silsilsiləsindən olan bu konfrans iqlim böhranına qarşı mübarizədə texnologiyanın transformativ potensialını araşdırmaq məqsədilə müxtəlif maraqlı tərəfləri bir araya gətirib.

Tədbirdə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində qurum tərəfindən həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?