19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri İtaliyada bir sıra görüşlər keçirib

İtaliyaya səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb. Bildirilib ki, Azərbaycan və İtaliya çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Görüşdə ölkəmizin Şərqlə Qərbi birləşdirən mühüm ticarət marşrutu olan Orta Dəhlizinin inkişafında rolu qeyd edilib, sahibkarlar üçün yaradılmış cəlbedici investisiya imkanları barədə məlumat verilib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində çalışan İtaliya şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyəti vurğulanıb, işgüzar dairələr arasında tərəfdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüşdə energetika sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin mühüm hərəkətverici qüvvəsidir. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsi əlaqələrimizdə mühüm tarixi mərhələdir. Bununla yanaşı, Azərbaycan “yaşıl” enerjinin tədarükü, “yaşıl” hidrogen istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Görüşdə Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan layihənin “yaşıl keçid”in dəstəklənməsinə önəmi vurğulanıb.

Nazirlər həmçinin COP29-un prioritetləri, qlobal miqyasda faydaları və potensial tərəfdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.

İqtisadiyyat naziri İtaliyanın kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri cənab Françesko Lollobrigida ilə görüş keçirib.

Bildirilib ki, İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma layihələrinə cəlb olunması möhkəm iqtisadi əlaqələrin göstəricisidir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Xüsusilə, kənd təsərrüfatı, aqrar maşınqayırma, irreqasiya sahələrində İtaliyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və bu istiqamətdə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Görüşdə dayanıqlı iqtisadi artım, resurslardan səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təminatı üzrə hədəflər müzakirə olunub. Tərəflər bu istiqamətdə tərəfdaşlığı inkişaf etdirmək və mövcud potensialı reallığa çevirmək niyyətini ifadə ediblər.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?