15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkəti ərəb bazarına bağ mebeli ixrac etməyi hədəfləyir

Gələn ildən etibarən Azərbaycanda istehsal olunan bağ mebellərinin ərəb ölkələrinə ixrac edilməsi nəzərdə tutulur. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına bağ mebellərinin istehsalı sahəsində böyük bazar payına sahib şirkətlərdən biri olan “NS Rattan” şirkətinin təsisçi-direktoru Nüsrət Abdullayev deyib.

Onun sözlərinə görə, ərəb ölkələrində bağ mebellərinə böyük tələbat var: “Bizim məhsullarımız mövsümi sayılır. Bu baxımdan ərəb ölkələri bizim üçün çox sərfəli ixrac ölkələri ola bilər. Apardığımız araşdırmalara görə, ərəb bazarında Çin məhsulları satılır. Bizim məhsullarla Çin məhsulları arasında böyük fərq var, çünki bizim məhsullar çox yüksək keyfiyyətlidir. Ərəb ölkələrinin bazarına daxil olsaq, il ərzində təxminən 2 milyon manatlıq məhsul ixrac etmək imkanımız olacaq”.

N.Abdullayev əlavə edib ki, şirkətin məhsulları tam olaraq əl əməyi ilə hazırlanır. 2023-cü ildə məhsullarının ən azı 50 faizi xarici ölkələrə ixrac edilib. Ötən il əsas ixrac ölkəsi olan Rusiyaya təxminən 1 milyon manat dəyərində bağ mebeli göndərilib. Keçən il Yunanıstana da mebel ixrac edilib. Bu il isə Gürcüstana məhsul ixracına başlanılıb.

Şirkətin əsas hədəflərindən biri iş yerlərinin sayının 300-ə qədər artırılmasıdır. Hazırda 150-yə yaxın işçinin çalışdığı “NS Rattan”ın Füzulidə 16 iş yeri olan yeni istehsal müəssisəsi qurulur. Gələcəkdə buradakı iş yerlərinin sayının da artırılması nəzərdə tutulur.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?