19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pakistanlı iş adamları Qarabağın bərpası prosesində iştirak etməyə hazırdırlar

Çox sayda pakistanlı iş adamı Qarabağın yenidən qurulması prosesində iştirak etməyə hazırdır.

Bunu Pakistan İcmasının Ortaq Gələcək Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taimur Əkrəm deyib.

O, Azərbaycan ilə Pakistan arasında əvvəllər imzalanmış 15 sənədin mübadiləsindən danışaraq, xüsusilə qeyd edib ki, güzəştli və tranzit ticarəti ilə bağlı sənədlər bu sahədə əməkdaşlığın genişləndirilməsinə kömək edəcək strateji sazişlərdir.

“Pakistan və Azərbaycan təkcə çox böyük ticarət tərəfdaşlarına çevrilməyəcək. Bundan əlavə, Pakistan Azərbaycanla enerji, ticarət və sənaye sahələrində əlaqələri inkişaf etdirməyə ümid edir”, - deyə X.T.Əkrəm bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin İslamabada səfərindən danışaraq, vurğulayıb ki, Pakistan bu səfərdən çox məmnundur.

"Azərbaycan xalqı üçün Pakistan ikinci vətəndir. Pakistan xalqı üçün isə Azərbaycan bizim evimizdir. Dünən bütün dünya gördü ki, Azərbaycan Prezidenti və baş nazirimiz heç bir diplomatik söz işlətməyib, qardaş kimi öz aralarında danışıblar. Beləliklə, bu, dünyaya qardaşlıq münasibətlərimiz haqqında çox aydın mesaj verdi”.

“Trend”

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?