27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda 12 dövlət əmlakı özəlləşdirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Nazirliyin yaydığı məlumata görə, hərracda muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid dövlət mülkiyyətində olan, ümumilikdə 13 qeyri-yaşayış sahəsi satışa çıxarılıb. Hərracda 12 dövlət əmlakı özəlləşdirilib, 12 sifarişçi hərracın qalibi olub.

Hərracların Təşkili Mərkəzi tərəfindən 9 iyulda dövlət mülkiyyətində olan 11 avtonəqliyyat vasitəsinin satışı həyata keçirilib.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracın 16 və 18 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur. Hərraca muxtar respublikanın 7 bələdiyyəsi üzrə 8 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin icarəyə verilməsi, 6 yaşayış məntəqəsi üzrə dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsi çıxarılacaq.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?