27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidmətində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, görüşdə azad rəqabətin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və keyfiyyət infrastrukturu sahələri üzrə iqtisadiyyatın rəqabətliliyinin artırılması məqsədilə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib, bu istiqamətlər üzrə həyata keçirilən xidmətlərin rəqəmsallaşdırılmasının xüsusi əhəmiyyəti vurğulanıb. Həmçinin qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan və yenicə qüvvəyə minən Rəqabət Məcəlləsində rəqabət mühitinin inkişafının davamlılığının artırılmasında mühüm təsirə malik müasir yanaşmalardan bəhs edilib.

Görüş zamanı milli iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılmasında mühüm rola malik olan turizm sahəsində səmərəli rəqabət mühitinin təmin olunması, həmçinin müştəri məmnuniyyətinin təmin edilməsində açar rolu oynayan keyfiyyətli xidmətin göstərilməsi üzrə hazırda mövcud olan problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda praktiki əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, qurumlararası tərəfdaşlığın doğura biləcəyi nəticələr ətrafında fikir mübadiləsi aparılıb.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?