17 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 KOB subyektinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib.

Agentliyin məlumatına görə, “Startap” şəhadətnaməsi alan KOB subyektlərinin 9-u hüquqi, 1-i fiziki şəxsdir. Müvafiq sənəd "Pacco onlayn ticarət" MMC-nin onlayn gül və hədiyyə sifarişi platforması, "MRP" MMC-nin müştəri rəyləri platforması, "Renter" MMC-nin onlayn icarə platforması, "Kodlasan" MMC-nin abituriyentlərin qəbul ərizələrinin tərtibatı üçün ağıllı onlayn platforması, "AREA Engineering" MMC-nin fındıq yığımı prosesini avtomatlaşdıran texnikası, fərdi sahibkar Elnur Xəlilsoyun iş anketlərinin yaradılması üçün onlayn platforması, "Etik Teknoloji Baku" MMC-nin sənədlərin elektron imzalanması və rəqəmsal sənəd dövriyyəsi platforması, "SOS Avto" MMC-nin nəqliyyat vasitələrinin evakuasiyası üçün mobil tətbiqi, "BYQR" MMC-nin restoranlar və hotellər üçün rəqəmsal menyu platforması, "Tezfinance Tech" MMC-nin maliyyə qurumları üçün süni intellektə əsaslanan çat bot layihələri üçün təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 161-ə çatıb.

VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?