15 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın ionlaşdırıcı şüalanma sahəsində yeni ölçmə imkanları beynəlxalq səviyyədə təsdiqlənib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) ionlaşdırıcı şüalanma sahəsi üzrə 3 sətir ölçmə və kalibrlənmə imkanı (CMC) "Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro” (Bureau International des Poids et Mesures, BIPM) tərəfindən təsdiqlənib. ( https://bitly.cx/HRDNR )

Dövlət Xidmətinin məlumatına görə, CMC sətirləri əldə etməklə milli metrologiya qurumları ölçmələrinin dəqiq, etibarlı və beynəlxalq standartlara uyğun izlənilməsini, həyata keçirilən ölçmə və kalibrlənmə proseslərinin beynəlxalq səviyyədə tanınmasını və qəbul edilməsini təmin edir. CMC sətirləri beynəlxalq ticarət, keyfiyyətli əməkdaşlıq və davamlı inkişaf üçün əsas vasitələrdən biri olmaqla laboratoriyaların etibarlılığını, təhlükəsizliyini və rəqabətədavamlılığını artırır.

BİPM saytında dərc olunmuş CMC sətirlər kalibrlənmə və ölçmələri yerinə yetirmək üçün laboratoriyanın yüksək səviyyəli texniki səriştəsini və ölçmələrin dəqiqlik səviyyəsini əks etdirir.

Nəticə etibarilə İnstitutun ölkə ərazisində müvafiq sahələr üzrə yüksək dəqiqliklə ölçmələr yerinə yetirmək qabiliyyəti hazırda BİPM saytında dərc olunmuş CMC sətirlər vasitəsilə nümayiş olunmaqdadır.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?