31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏMDX-nin elektron xidməti: Xidmət haqqının öyrənilməsi və ödənilməsi

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər üzrə xidmət haqqı Tarif (qiymət) Şurasının “Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 31 iyul 2023-cü il tarixli qərarına əsasən müəyyən olunur.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, müraciət edənlər xidmət haqqı barədə məlumatı xidmət yerinə gəlmədən elektron qaydada öyrənə bilərlər. Belə ki, Dövlət Xidmətinin Elektron Xidmətlər Portalındakı (e-emlak.gov.az) “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” bölməsinə daxil olmaqla xidmət haqqını öyrənmək mümkündür. Vətəndaşlar müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqı olaraq ödəniləcək məbləğlə tanış ola bilər.

Xidmət haqqı ilə bağlı məbləğin ödənilməsi də elektron şəkildə həyata keçirmək mümkündür. Bunun üçün istifadəçi Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi” elektron xidmətinə daxil olmaqla onlayn ödəniş edə bilər.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?