13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq

Belarusun Minsk şəhərində standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri arasında Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 65-ci müşavirəsi keçirilib.

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) məlumatına görə, tədbir çərçivəsində İnstitutun nümayəndə heyəti Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsinin (BELST) nümayəndə heyəti ilə görüşdə iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd birgə əməkdaşlıq məsələlərinin müzakirəsi, gələcək inkişaf perspektivləri, qarşılıqlı iqtisadi fəaliyyətin genişləndirilməsi olub.

Yekunda BELST ilə AZSTANDART arasında protokol imzalanıb. Yeni protokol Azərbaycanın milli standartlarının ilk dəfə olaraq Belarusda tətbiqinə geniş imkanlar açacaq. Bu imkanların reallaşdırılması Belarus Standartlaşdırma İnstitutuna həvalə edilib. Sözügedən razılaşma iki ölkə arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsinə, mədəni-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?