13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çinin Cianqsu Əyalət Hökumətinin baş katibinin müavini ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinin Cianqsu Əyalət Hökumətinin baş katibinin müavini Sü Huaçin ilə görüşüb.

Görüşdə Çinlə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi, iqtisadi-ticarət əlaqələrinin genişləndiyi qeyd olunub. 2024-cü ilin 5 ayında ticarət dövriyyəsinin həcmi 26%-dən çox artıb. Ölkələrimiz arasında investisiya sahəsində də işbirliyi güclənir. Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 320-dək Çin kapitallı kommersiya qurumu qeydiyyatdadır. Çin şirkətləri Azərbaycandakı layihələrə sərmayə yatırmağa maraq göstərir. Bununla yanaşı, Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpası layihələrində fəal iştirak edə bilər.

Qeyd olunub ki, Azərbaycanda yüksək texnologiyalı istehsal sahələrində daha çox çinli investorun olması qarşılıqlı faydalı əməkdaşlıq baxımından önəmlidir. Ölkəmizdə investorlar üçün yaradılmış əlverişli işgüzar mühit, həmçinin region ölkələrinə asan çıxış imkanları bu baxımdan geniş potensial təqdim edir. Çinlə sənaye, rəqəmsal iqtisadiyyat, nəqliyyat və telekommunikasiya, “yaşıl enerji”, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üzrə böyük imkanlar var.

Tərəflər ticarət, investisiya, nəqliyyat-tranzit, baramaçılıq, kənd təsərrüfatı, turizm və başqa sahələrdə işbirliyinin inkişafı imkanlarını müzakirə ediblər.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?