17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlıq üçün böyük potensial var

“Son bir ildə Azərbaycan Avropaya təbii qaz nəqlini xeyli artırıb. Azərbaycan ilə Almaniya arasında enerji sahəsində əməkdaşlıq üçün böyük potensial var”.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına almaniyalı ekspert, VNG Handel & Vertriebs GmbH şirkətinin icraçı direktoru Konstantin Hersoq Von Oldenburq deyib.

"Azərbaycan Avropaya təbii qaz ixracını 2021-ci ildəki 8 milyard kubmetrdən 2023-cü ildə 11,8 milyard kubmetrə çatdırıb. Avropa İttifaqı ilə Memoranduma əsasən, Bakı 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmalıdır", - ekspert qeyd edib.

Onun sözlərinə görə, Həmrəylik halqası (STRING) təşəbbüsü çərçivəsində Azərbaycan qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər.

“Almaniyaya gəlincə, biz təbii qazın marşrutlarını və mənbələrini şaxələndirmək üçün həqiqətən belə həcmlərə ümid edirik. Həmçinin Xəzər dənizinin külək potensialına əsaslanaraq, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən Yaşıl enerji dəhlizi layihəsi də mövcuddur. Almaniyanın nöqteyi-nəzərindən baxanda hesab edirəm ki, bu istiqamətdə çox böyük əməkdaşlıq sahəsi var”, - o əlavə edib.

Ekspertin fikrincə, alman şirkətləri texnoloji baxımdan bu layihəyə böyük töhfə verə bilər.

"Yaşıl enerji dəhlizi Cənub-Şərqi Avropanı, Mərkəzi Avropanı əhatə edəndə bu, Avropanın bütün enerji sisteminə və sizin regionda malik olduğunuz potensiala kömək edəcək. Mən bu layihənin həyata keçirilməsini səbirsizliklə gözləyirəm", - ekspert vurğulayıb.

Tamilla MƏMMƏDOVA

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri